00:00:00
Yazar
Aysel Mirzəyeva
04.03.2026 21:18 23 2 dəq oxuma
Siyasət

“Fransa təhlükəsizlik naminə nüvə gücünü artırmaq istəyir” – Politoloqdan şərh

“Fransa təhlükəsizlik naminə nüvə gücünü artırmaq istəyir” – Politoloqdan şərh

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin nüvə arsenalındakı döyüş başlıqlarının sayının artırılması barədə qərar verib. O, bunu sürətlə dəyişən və getdikcə daha riskli xarakter alan geosiyasi mühitlə əsaslandıraraq bildirib ki, Fransa özünün “zəmanətli dağıdıcı gücünü” qorumaq və çəkindiricilik qabiliyyətini yüksəltmək məcburiyyətindədir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Sədrəddin Soltan bildirib ki, Fransa nüvə arsenalını artırmaqla çəkindiriciliyini gücləndirmək istəyir və bu addım əsasən geosiyasi risklərlə əsaslandırılır:

 

“Fransa dünyada nüvə arsenalının həcminə görə dördüncü yerdədir. Dünyada ən çox nüvə silahı ABŞ-nin arsenalında mövcuddur. Ondan sonra Rusiya və Çin gəlir, daha sonra isə Fransa yer alır. Fransa Prezidenti Emmanuel Makron hesab edir ki, qarşıdakı illərdə nüvə silahı amili daha da aktuallaşa bilər. Bu səbəbdən Fransa özünü müdafiə və çəkindiricilik məqsədilə nüvə arsenalını artırmağı nəzərdən keçirir. Avropanın bir sıra ölkələri-Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, Niderland və İsveç təhlükəsizlik və çəkindiricilik məqsədilə Fransanın bu təşəbbüsünə müsbət yanaşa bilərlər. Bu məsələ Ukrayna müharibəsi, ABŞ və İsrailin İranla bağlı siyasəti, eləcə də NATO-nun gücləndirilməsi kontekstində qiymətləndirilir. Fransanın nüvə arsenalını artırması NATO daxilində ciddi fikir ayrılığı yaratmaya bilər. Etirazlar daha çox nüvə silahının konkret ölkələrin ərazisində yerləşdirilməsi məsələsi ilə bağlı ola bilər. Fransa nüvə arsenalını genişləndirmək məsələsində ABŞ ilə də koordinasiyalı şəkildə hərəkət etməlidir. ABŞ-nin razılığı olmadan bu addımın atılması çətin görünür. Əgər belə qərar reallaşarsa, nüvə silahının yerləşdirilməsi yalnız həmin ölkələrin hökumətlərinin razılığı ilə mümkün ola bilər. Əks halda bu, Fransanın digər ölkələrin ərazilərində əlavə hərbi mövcudluq yaratması kimi qiymətləndirilə bilər”.


Arzu Poladova

#azərbaycan #politoloqdan #naminə #nüvə #istəyir”
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər