Fransa və İspaniyada on minlərlə insan təxliyə edilib
Fransa və İspaniyada meşə yanğınları səbəbindən on minlərlə insan təxliyə olunur.
Fransa hakimiyyəti ölkənin cənub-qərb sahilindəki nəzarətsiz meşə yanğınları səbəbindən bütün Kap Ferret yarımadasının təxliyəsi barədə əmr verib. Minlərlə insan ərazini qayıqla tərk edib. İspaniyada paytaxt Madrid yaxınlığındakı ərazilər boşaldılır. Ölkədə fövqəladə vəziyyət elan edilib.
BBC
Zəhra Möhübbətova