00:00:00
Yazar
Səmayə Səftərova
22.10.2026 21:09 30 1 dəq oxuma
Dünya

Fransada iğtişaşlardan sonra 2700 nəfər saxlanılıb

Fransada iğtişaşlardan sonra 2700 nəfər saxlanılıb

Fransada oktyabrın 17-də baş verən iğtişaşlardan sonra saxlanılanların ümumi sayı 2700 nəfərə çatıb.

“İnformator.az” xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Jerald Darmanen jurnalistlərə açıqlamasında bildirib.

 

“Ümumilikdə 2700 nəfər saxlanılıb, onlardan 217-si şənbə günündən etibarən həbsdədir”, – nazir deyib. O qeyd edib ki, həbs edilənlərin yarısının əvvəllər məhkumluğu olmayıb. “Həqiqətən də son dərəcə sərt tədbirlər görülüb”, – o əlavə edib.

 

Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın qiymətinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi nümayişlər keçirilib. Təşkilatçıların hesablamalarına görə, aksiyalarda 800 min nəfər iştirak edib.

#Fransa #iğtişaş #həbs
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər