Fransada Ticarət və Sənayə Palataları etiraz aksiyalarına fasilə verilməsinə çağırıb
Fransada davam edən etiraz aksiyaları ölkənin iqtisadi və ictimai həyatına təsir göstərməkdə davam edir. Ticarət və Sənaye Palataları yaranmış vəziyyətin biznes mühitinə mənfi təsirlərini nəzərə alaraq etirazlara fasilə verilməsinə çağırıb.
Mövzu ilə bağlı iqtisadçı Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, Fransada Ticarət və Sənaye Palatalarının etiraz aksiyalarına fasilə verilməsi çağırışını qiymətləndirərkən iki məqamı nəzərə almaq lazımdır: etirazların iqtisadi fəallıqda yaratdığı maneələr və narazılıqların danışıqlar yolu ilə həll edilməsi imkanları. Aksiyaların dayandırılması iqtisadi itkiləri azalda bilər, lakin sosial gərginliyin aradan qalxması üçün etirazçıların tələblərinə münasibətdə konkret addımlar atılmalıdır.
“Etirazların iqtisadi təsiri yalnız mağazaların bağlanması və satışların azalması ilə məhdudlaşmır. Bu proses xidmət sektoruna, turizmə, məşğulluğa və sahibkarların gəlirlərinə də mənfi təsir göstərə bilər. Aksiyaların arxasında yaşayış xərclərinin artması, əməkhaqqı, təhsil və ictimai xidmətlərlə bağlı narazılıqlar dayanır. Buna görə də problemin yalnız etirazların dayandırılması ilə həll olunması mümkün deyil”.
Onun sözlərinə görə, etirazlara fasilə verilməsi iqtisadi itkilərin azaldılması və dialoqun başlanması üçün imkan yarada bilər. Ancaq sosial gərginliyin davamlı şəkildə azalması üçün yaşayış xərcləri, əməkhaqqı, təhsil və ictimai xidmətlərlə bağlı narazılıqların həlli istiqamətində real addımlar atılmalıdır. Əks halda, aksiyaların müvəqqəti dayanması narazılıqların aradan qalxması deyil, sadəcə onların növbəti mərhələyə keçməsi ilə nəticələnə bilər.
Aysun Xəlilova