00:00:00
Yazar
Ayan Sadi
26.10.2026 21:41 42 1 dəq oxuma
Dünya

PKK Sincardan çəkilir: İraq bayrağı asıldı

PKK Sincardan çəkilir: İraq bayrağı asıldı

İraq təhlükəsizlik qüvvələri terror təşkilatı PKK-nın Sincardakı uzantısı olan "Şengal Müqavimət Birlikləri" (YBŞ) adlı qurumdan bəzi hərbi nöqtələri təhvil alıb.

 

 

İraq hökumətinə bağlı Təhlükəsizlik Media Şəbəkəsi tərəfindən verilən açıqlamada, Sincardakı hərbi nöqtələrin İraq təhlükəsizlik qüvvələrinə təhvil verilməsi prosesinin başladığı bildirilib.

 

 

Açıqlamada İraq təhlükəsizlik qüvvələrinin Sincardakı bəzi mühüm hərbi nöqtələri terror təşkilatı YBŞ-dən təhvil aldığı qeyd olunub. Terror təşkilatı PKK-nın Sincardakı uzantısı olan "YBŞ" adlı strukturun İraq təhlükəsizlik qüvvələri ilə inteqrasiya prosesinin təkcə heyəti deyil, silahları və hərbi nöqtələri də əhatə etdiyi ifadə edilib.

 

 

CNN Türk

Aynur Əhmədli

#asıldı #azərbaycan #sincardan #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər