Göygöldə avtoqəzada bir ailənin 3 üzvü xəsarət alıb
Göygöldə iki avtomobilin toqquşması nəticəsində bir ailənin 3 üzvü xəsarət alıb.
"İnformator.az" "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
"VAZ" və "KİA" markalı avtomobillərin toqquşması nəticəsində Ə.Ələkbərov və onun övladları T.Ələkbərovla K.Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.