00:00:00
Yazar
Zəhra Həsənova
27.10.2026 07:57 25 1 dəq oxuma
Dünya

Tramp Atlantik okeanının adını dəyişmək istəyir

Tramp Atlantik okeanının adını dəyişmək istəyir

ABŞ Prezidenti Donald Tramp Atlantik okeanının adını dəyişərək “Amerika okeanı” adlandırmaq istədiyini açıqlayıb.

 

"İnformator.az" xəbər verir ki, Tramp bu barədə Missisipi ştatında Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı danışıb.

 

“Artıq gölümüz və körfəzimiz var. İndi bizə çay və okean lazımdır. Atlantik okeanı haqqında düşünürəm. Onu Amerika okeanı adlandıracağıq. Düşünürəm ki, Avropa bundan çox məmnun qalacaq”, – Tramp bildirib.

ABŞ lideri hansı çayın adını dəyişmək istədiyini açıqlamayıb. Bununla belə, Missisipi çayının adını dəyişməyəcəyinə söz verib.

#tramp #gündəm #yeni #okeanının
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər