00:00:00
Yazar
Admin User
24.12.2025 18:11 101 1 dəq oxuma
İqtisadiyyat

Gümüşün qiyməti rekord səviyyəyə çatıb

Gümüşün qiyməti rekord səviyyəyə çatıb

Gümüş fyuçerslərinin qiyməti troy unsiyası üçün 71 dolları keçərək yeni bir rekord səviyyəyə çatıb.

 

Bakı vaxtı ilə 21:20-yə olan məlumata görə, qiymətli metalın qiyməti 3,71% artaraq troy unsiyası üçün 71,11 dollara qalxıb.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, qısamüddətli qiymət dəyişiklikləri əsasən bazarlardakı qeyri-müəyyənlik və gərginliklərlə bağlıdır:

 

“Bu gündəlik dəyişikliklər çox şey izah etmir. Sabah və ya iki saatdan sonra qiymətlər düşə də bilər. Hər saniyə qiymətlər oynayır. Ona görə də proqnozlar adətən illik verilir, qısamüddətli dəyişikliklər daha çox treyderlər üçün maraqlıdır. Ümumilikdə, qiymət artımının əsas səbəbi qeyri-müəyyənlik və gərginlikdir. Xüsusilə beynəlxalq mühitdə bu qeyri-müəyyənlik artıb. ABŞ–Çin münasibətləri kəskin pisləşib, ticarət müharibələri var. Siyasi, iqtisadi və ticarət gərginlikləri bazarlara təsir göstərir. Faiz dərəcələrinin aşağı salınması ilə bağlı gözləntilər də mövcuddur. Faizlər aşağı düşdükcə pul ucuzlaşır. Pul ucuzlaşanda isə investorlar alternativ aktivlərə yönəlirlər”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər