00:00:00
Yazar
Admin User
27.12.2025 08:26 117 1 dəq oxuma
İqtisadiyyat

Gürcüstan bu il Azərbaycandan aldığı təbii qazın dəyərini açıqlayıb

Gürcüstan bu il Azərbaycandan aldığı təbii qazın dəyərini açıqlayıb

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 202,3 milyon ABŞ dolları dəyərində təbii qaz alıb.

 

“İnformator.az”ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 % azdır.

 

Təkcə noyabrda isə Gürcüstan Azərbaycandan 31 milyon ABŞ dolları dəyərində “mavi yanacaq” alıb. Bu, bir il əvvələ nisbətən 14 % azdır.

 

Bu ilin ilk 11 ayı ərzində Gürcüstan xarici ölkələrdən 364 milyon ABŞ dolları dəyərində təbii qaz alıb ki, bu da bir il əvvəlki göstəricidən 1,4 % çoxdur. Hesabat dövründə Gürcüstana Rusiyadan 161 milyon ABŞ dolları, Birləşmiş Ərəb Əmirliklərindən 275,4 min ABŞ dolları, Çindən 185,3 min ABŞ dolları, İrandan 135,4 min ABŞ dolları dəyərində təbii qaz tədarük edilib.

 

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 435,5 milyon ABŞ dolları dəyərində 2,315 milyard kubmetr təbii qaz alıb ki, bunun da 254,3 milyon ABŞ dolları dəyərində 1,664 milyard kubmetri Azərbaycanın payına düşüb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər