00:00:00
Yazar
Admin User
22.11.2025 11:12 121 1 dəq oxuma
İqtisadiyyat

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 2 %-dən çox artıb

Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 2 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 1 milyard 093,658 milyon ABŞ dolları təşkil edib.

 

"İnformator.az" bu barədə Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir.

 

Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur. Gürcüstanın ümumi xarici ticarət dövriyyəsində Azərbaycanın payı 5,3 % təşkil edib. Hesabat dövründə Gürcüstanın Azərbaycana ixrac etdiyi məhsulların dəyəri 1 il əvvələ nisbətən 3,8 % azalaraq 587,851 milyon ABŞ dolları (ümumi ixracın 10,1 %-i), Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulların dəyəri isə 10,2 % artaraq 505,808 milyon ABŞ dolları (ümumi idxalın 3,4 %-i) olub. 10 ay ərzində Gürcüstanın ümumi xarici ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 8,6 % artaraq 20 milyard 831,520 milyon ABŞ dollarına çatıb. O cümlədən, ixracın dəyəri 6,8 % artaraq 5 milyard 835,865 milyon ABŞ dolları, idxalın dəyəri isə 9,3 % artaraq 14 milyard 995,655 milyon ABŞ dolları olub

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər