00:00:00
Yazar
Admin User
21.11.2025 10:59 144 1 dəq oxuma
Mədəniyyət

Gürcüstanın Baş naziri Vilayət Eyvazovla görüşüb

Gürcüstanın Baş naziri Vilayət Eyvazovla görüşüb

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə səfərdə olan Azərbaycan daxili işlər naziri Vilayət Eyvazovu qəbul edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazirinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, görüş zamanı iki ölkə arasında mövcud səmərəli əməkdaşlıq və strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub.Xüsusi olaraq, Gürcüstan və Azərbaycan hüquq-mühafizə orqanları arasında uzun illər ərzində qurulmuş uğurlu ikitərəfli əməkdaşlıq qeyd edilib.

 

Görüşdə həmçinin iki ölkənin daxili işlər nazirlikləri arasında bu gün imzalanmış sazişin əməkdaşlığın daha da gücləndirilməsinə, xüsusilə cinayətlərin qarşısının alınması, açılması və araşdırılması sahəsində töhfə verəcəyi vurğulanıb.

 

Tərəflər regionda dayanıqlı sabitliyin və uzunmüddətli sülhün təmin edilməsinin əhəmiyyətini də müzakirə ediblər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər