00:00:00
Yazar
Admin User
23.01.2015 14:26 538 1 dəq oxuma
Dünya

Gürcüstanın daxili işlər naziri istefa verib

Cinayət işində adı hallanan nazir istefa verib
Gürcüstanın daxili işlər naziri istefa verib

Gürcüstanın daxili işlər naziri Aleksandr Çikaidze istefa verib. O, Zurab Vazaqaşvilinin ölümündə əli olan məmurları himayə etməkdə təqsirləndirildyinə görə belə qərar qəbul edib.

A.Çikaidze bəyanatında deyir: "2006-cı ildə Zurab Vazaqaşvilini öldürməkdə əli olan polisləri himayə etməyim və sonradan onların guya istintaqa mane olmaları barədə bəyanatlar həqiqətəuyğun deyil. Lakin mən oğlu Zurabın məzarında partlayış nəticəsində Yuri Vazaqaşvilinin ölümünə görə müəyyən məsuliyyət hiss edirəm və istefa verirəm".

Onun sözlərinə görə, Y.Vazaqaşvilinin qətli barədə iş "isti izlər"lə açılsaydı, vəzifəsində qalacaqdı: "Lakin bu baş vermədi, mən İspaniyada məzuniyyətdəydim və indi bu qərarı verirəm".

TREND


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər