00:00:00
Yazar
Admin User
13.01.2026 16:45 127 1 dəq oxuma
İqtisadiyyat

“Geosiyasi gərginliklər fonunda neft daha çox bahalaşmalı idi”

“Geosiyasi gərginliklər fonunda neft daha çox bahalaşmalı idi”

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,03 ABŞ dolları və ya 0,04% artaraq 68,54 ABŞ dollarına bərabər olub.

 

Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, artım çox cüzidir:


“Geosiyasi gərginliklərə görə neftin qiyməti daha çox artmalı idi. Xüsusən də İranda baş verən hadisələr, təkcə İran nefti deyil, eyni zamanda İran körfəzindən tankerlərə çıxan digər neftlərə də məhdudiyyətlər yaratdığından neftin qiyməti qalxmalıdır. ABŞ-nin Rusiyadan neft qaçaqmalçılığının qarşını almaq niyyəti də qiyməti də qalxmalı idi. O baxımdan “Azeri Light” o qədər də qalxmayıb".

 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər