“Getdikcə atom elektrik stansiyası daha çox istifadə olunacaq”
“Dünyanın daha çox enerjiyə ehtiyacı var və ehtiyacları qarşılamaq üçün investisiya üçün əlverişli şərait yaradılmalıdır”,- deyə BƏƏ energetika naziri bildirib.
Mövzu ilə bağlı iqtisadi şərhçi Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, enerjiyə tələbat təbii ki, artacaq:
“Elə bir tək süni intellektin inkişafı daha çox enerji tələb edir, çünki databazaları yerləşəcək. Yəni bu indikindən 2 dəfə də bəlkə çox enerjiyə tələbat yaranacaq yaxın 25-30 ildə. Enerjinin xəritəsidə dəyişir. Məsələn atom elektrik enerjisi yenidən dəbə minib, əvvəl də dəbdə indi, lakin indi daha çox dəbə minib. Bərpa olunan enerjiyə getdikcə tələbat və maraq artır və bütün bunlar artan enerji tələbatını yerinə yetirmək üçün insanlığın şansıdır. Düşünürəm ki, bu belə də davam edəcək, doğurdan da enerjiyə tələb artacaq. Getdikcə atom elektrik stansiyası daha çox istifadə olunacaq, hətta düşünürəm ki, mobil atom elektrik stansiyalarının yaranması üzərində artıq iş gedir və bunlar daha geniş yayılacaq. Yəni düşünün ki, bir avtobus boyunda olan atom elektrik stansiyası bir şəhəri enerji ilə təmin edə biləcək”.
Aytac İbrahimova
