00:00:00
Yazar
Admin User
29.10.2025 18:27 173 1 dəq oxuma
Maraqlı

Gələcəyimizi quran enerji: Dayanıqlı inkişafın yolları

Gələcəyimizi quran enerji: Dayanıqlı inkişafın yolları

Dünya sürətlə dəyişir və enerji istehlakı ilə bağlı çağırışlar hər bir ölkə və fərd üçün aktualdır. Bərpa olunan enerji mənbələri, səmərəli istehlak və ekoloji balans yalnız texnoloji məsələ deyil – bu, həm də gələcək nəsillərin həyatını müəyyən edən strateji seçimdir. 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, bu hər bir ölkənin apardığı siyasətdən asılıdır:

 

“Elə ölkələr var ki, enerjiyə keçidi vətəndaşlar üzərindən aparır. Vətəndaşlara hüquqi şərtin alınması pulsuzdur. Faizsiz kredit verilir ki, məsələn, dam örtüyünü günəş panelləri ilə əvəz edib özəl elektrik enerjisini istehsal edib özünü təmin etsin. Ölkələrdə var ki, elektrik enerjisi istehsalında alternativ mənbələrdən istifadə edirlər. Azərbaycan konteksindən baxsaq, Azərbaycan bu sahəyə böyük yatırımlar edib-ərəb ölkələri başda olmaqla xarici investorlar cəlb edib. Hələlik artım tempi kifayyət qədər yüksəkdir. Gələcəkdə də artması gözlənilir. Azərbaycan bir çox ölkələrin iştirakı ilə Qara dənizin dibi ilə elektrik kabellərini Avropaya çəkmək istəyir. Orada elektrik enerjisi ixracatı bərpa olunan enerjidən alınacaq. Alternativ enerjiyə keçid ekoloji problemlərin həllində rol oynayır. Amma alternativ enerjinin istehsalı üçün lazım olan avadanlıqların istehsalı ekologiyanı korlayır”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər