00:00:00
Yazar
Admin User
20.11.2025 12:34 115 1 dəq oxuma
İqtisadiyyat

Gələn il işsizlikdən sığorta haqlarının 15 %-ə yaxın artacağı gözlənilir

Gələn il işsizlikdən sığorta haqlarının 15 %-ə yaxın artacağı gözlənilir

2026-cı ildə işsizlikdən sığorta haqları üzrə yığımlar 2025-ci illə müqayisədə 14,7 % çox olacaq.

 

"İnformator.az" xəbər verir ki, bunu deputat Musa Quliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında "Dövlət sosial müdafiə fondunun 2026-cı il büdcəsi haqqında" qanun və "İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.

 

Onun sözlərinə görə, 2026-cı ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri 238,3 milyon manat, fondun gələn ilin yanvarın 1-nə yaradılacaq ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin məbləği isə 28,1 milyon manat nəzərdə tutulur: "Gələn il işsizlikdən sığorta haqlarının 236,6 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2025-ci ilin təsdiq edilmiş müvafiq göstəricisindən 30,3 milyon manat və yaxud 14,7 % çoxdur. Sığorta haqları üzrə yığımın 78 %-i və yaxud 184,7 milyon manatı qeyri-büdcə sektorunun payına düşəcək. 2026-cı ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 266,4 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da 2025-ci ilin göstəricilərinə nisbətən 5,7 milyon manat çoxdur. Gələn il də Fondun xərcləri 13 istiqaməti əhatə edəcək". Deputat qeyd edib ki, 2026-cı ildə işsizliyə görə sığorta ödənişlərinin həcmi 28 milyon manat, yaxud Fondun xərclərinin 10,5 %-i qədər proqnozlaşdırılır: "Bu, cari ildəkindən 11 milyon manat və yaxud 65 % çoxdur. İşsizliyə görə sığorta ödənişlərinin artımı "İşsizlikdən sığorta haqqında"qQanunun 13.1-ci maddəsinə edilən mütərəqqi dəyişikliklə bağlıdır".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər