Gələn ildən universitetdə 3 illik təhsil dövrü başlayır
Universitet təhsilini 3 il ərzində başa vurmaq istəyən və uğur qazanan tələbələrə gələn ildən etibarən icazə verilməsi təcrübəsi həyata keçiriləcək.
Ali Təhsil Şurasının (YÖK) koordinasiyasında bir neçə universitetin rektorları və sektor nümayəndələrindən ibarət “Universitet-Sektor İşbirliyi Komissiyası” YÖK sədri Prof. Dr. Erol Özvarın sədrliyi ilə YÖK-də toplanıb.
İclasda çıxış edən Özvar daha əvvəl Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) və İstanbul Sənaye Palatası (İSO) ilə müxtəlif görüşlər keçirdiklərini xatırladaraq, peşə təhsili məsələsi üzərində intensiv işlədiklərini və bunu əsas gündəm maddəsi kimi müəyyənləşdirdiklərini bildirib.
TRT XƏBƏR
Arzu Poladova
