00:00:00
Yazar
Admin User
26.11.2025 19:16 134 2 dəq oxuma
Sosial

Gənc sahibkar olmağın çətinlikləri

Gənc sahibkar olmağın çətinlikləri

Gənc sahibkar olmaq çətindir: Biznes yolunda maneələr və son illərdə ölkədə gənclər arasında biznes qurmaq istəyi artsa da, real vəziyyət göstərir ki, sahibkarlığa başlamaq hələ də çətin və riskli prosesdir. Kapital çatışmazlığı, bank kreditlərinə çıxışın məhdudluğu, yüksək faiz dərəcələri, iş təcrübəsi və mentorluq boşluğu, eləcə də dövlət dəstək mexanizmlərindən xəbərsizlik gənclərin qarşısında ciddi maneələr yaradır. İdeyası olan, lakin imkanı olmayan gənclər çoxdur-amma onların yolunu açan sistemli dəstək mexanizmləri yetərli deyil.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, gənc sahibkarlıqla bağlı maneələr çoxdur:

 

“Sahibkarlığın fəaliyyət növləri ilə bağlı istiqamətlərin çox kasad olması diqqət çəkir. Gənc sahibkar start-up-a yönəlməyə meyil edirsə, onların inkişafında, maliyyələşməsində ciddi problem var. Məsələn Qazaxıstanla mübarizədə onların start-uplara yönələn investisiyalar yüzlərlə dəfə azdır. Ona görə də kiçik ənənəvi istiqamətlər qalır. Ənənəvi bizneslərə yönəlirlər. Çünki orda işləmək üçün imkan və fürsətlər var. İstənilən sahibkara işə başlamaq üçün böyük investisiya lazəmdır. Ona inanmaq üçün ya investor olmalıdır, ya da banklardan yüksək məbləğdə kredit götürməlidir. Azərbaycanda biznes kreditlərinin faizləri həddən artıq çoxdur. İllik 18-20 faiz dərəcələri var. Vergilərlə bağlı da kifayət qədər ciddi problemlər var. Gürcüstana nisbətən bizdə vergilər çox yüksəkdir. Gürcüstanda kiçik sahibkarların 500 min lariyə qədər dövriyyəsi varsa, cəmi 1 faiz vergi verir, başqa vergilərdən azaddırlar. Yəni problemlər çoxdur. Dünyada o qədər məşhur biznesmenlər, iş adamları var ki, universitet oxumayıblar. Təhsil önəmlidir. Biznes isə insanın öz düşüncə tərzindən, dünya görüşündən asılıdır. Bizdə “universitetə girəcəm, yaxşı iş adamı olacam”anlayışı yoxdur. Olması da mümkün deyil”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər