Gənclər üçün Sosial Məkan Böhranı: Harada Sosiallaşaq?
Son illər bir çox gənc boş vaxtını keçirəcək əlçatan, ucuz və təhlükəsiz ictimai məkan çatışmazlığı ilə üz-üzə qalır. Parkların azlığı, pulsuz və rahat sosial zonaların olmaması gəncləri alış-veriş mərkəzlərinə və bahalı kafelərə yönəldir. Bu vəziyyət isə həm sosial həyatın keyfiyyətini aşağı salır, həm də bərabər imkanlar prinsipini pozur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Fatimə Hacıyeva bildirib ki, burada sosial bacarıqlar artıq çox ləng inkişaf edir:
"Çünki sosial adı üstündə göründüyü kimi gərək ünsiyyətdə, komandor şəkilində, ətraf-mühitlə əlaqədə, sıx münasibətdə olması lazımdır və burada sərbəstlik şərtdir. Yəni, daha çox açıq məkanlarda və yaxud da ki, cəmiyyətə açıq olan yerlərdə olması daha yaxşıdır. Ancaq bunlar olmayanda bəzi gənclərimizin bacarıqları məhdudlaşır. Çünki bunun əsas səbəbi sosial dairələr çox qısa, dardır. İstənilən qədər park, meydanlar, əyləncə mərkəzləri bu, insanların tanış olması üçün xüsusi bir məkanlar yoxdur. Xüsusi olmasına ehtiyac yoxdur, əslində, qapalı dairələr olmamalıdır. İnsan bu qapalı dairəyə düşür və istər-istəməz eyni sosial qruplarda onların sosiallaşması zəifləyir. Bunlar məcburi seçimlə ortaya çıxan bir alternativ üsul olub. Əgər digər alternativ olsaydı gənclərimiz üçün bu da şəhər planlamasından asılıdır ,onların gündəlik həyatına bu birbaşa təsir edəcək. Həm fiziki, həm yaradıcılıq, həm ilgin, həyəcanlar, adrenalinlər, həmçinin də sosial bərabərliyimiz burada güclənəcək. Bunun nəticəsində də təbii ki, gənclərimiz daha yaxşı psixoloji rifahda olacaqlar. Çünki daha açıq havada olan zaman insanın beyni daha yaxşı inkişaf edir, nəinki qapalı yerlərdə. Əsasən bu problemlə depressiya, major depressiya halları, sosial təcrid riski olur".
Həmçinin psixoloq bildirib ki, əgər bizdə gənclərimiz üçün şəhər planlamasında xüsusi yerlər açılsa misal üçün, həm fiziki, həm də sosial həyatımızın zənginləşməsi üçün musiqi yerləri açıla bilər, heykəltəraşlıqla məşğul olanlar üçün xüsusi ustaxanalar yaradıla bilər:
"Çoxlu gənclər üçün parklar, indi yeni-yeni bəzi yerlər açılır, düzdür, ancaq orada da toplum çox olduğuna görə sosiallaşmadan çəkilənlər üçün narahatlıq yaranır. Gərək belə yerlər planlamada yüksək yer alsın. Hazırda skeit parklar, velosiped yolları, idman meydançaları açılır günbəgün və bu, həm dostluq münasibətləri üçün, həm də sağlam gənclik üçün önəmli faktorlardan biridir. Burada daha sonra iqtisadi bərabərsizlik artır. Məsələn AVM-lərdə, MOLL-larda biz hazırda görürük ki, tələbələr orada olur. Bu da onları imkanlı və imkansız olaraq iki yerə bölə bilər. Bəziləri başqa restoranlarda olurlar. AVM-lər isə sadəcə olaraq ona görə daha çox sosiallaşma seçilir ki, həm ödənişsizdir, həm təhlükəsizdir. Oranı qoruyanlar var ona görə AVM-i seçirlər ki, həm nəzarət var, həm təhlükəsizlik hissi yüksəlir. Həmçinin də qiymət cəhətdən, belə deyək də, WiFi olur bəzən ödənişsiz şəkildə. Bəzi tələbələrimizdə çətin olur, onları da qınamaq olmaz. Yəni buna görə AVM-ləri üstün tuturlar. Məsələn,yağış yağanda yağışdan qoruyur, günəş istidə olanda kondisioner-soyuducu vasitələri olur və s. ".
Aysun Vəliyeva
