00:00:00
Yazar
Admin User
10.09.2025 13:53 116 2 dəq oxuma
İqtisadiyyat

Gənclərin əlavə gəlir qaynaqları

Gənclərin əlavə gəlir qaynaqları

Müasir dövrdə gənclər sadəcə əsas iş və təhsil ilə kifayətlənmir, əlavə gəlir əldə etmək üçün fərqli fəaliyyətlərlə də məşğul olurlar.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Vüqar Bayramov bildirib ki, bəzi xidmətlər artıq online həyata keçirilir:


"Əlavə işlər daha çox online iş yerləridir. Xüsusəndə, ixtisaslı kadrlar online olur, əlavə xidmətlər göstərir, bu formada əlavə gəlir əldə etmək imkanı qazanırlar. Nəzərə alsaq ki, hazırda bir sıra online xidmətlərin göstərilməsi mümkündür və nəticədə offline iş yerində çalışan vətəndaşımız həm də online xidmət göstərərək əlavə gəlir əldə etmək imkanı qazanır.


Bunu isə ixtisalı kadrlar təbii ki, bacarırlar. Onlar online iş xidməti göstərə bilirlər. Bəzi xidmətlər də artıq online həyata keçirilir.


O cümlədən, məsələn, univeristetdə və ya orta məktəbdə çalışan müəllim həm də online təlimlər keçir. Hər hansı digər işdə çalışan vətəndaş da online xidmət göstərə bilər. Xüsusən, informasiya texnologiya sahəsində. Bu səbəbdən online işlərin sayı artmaqdadır. Xüsusəndə, həmin vətəndaşların online olaraq xidmət əldə etməsinə imkan yaradır.


İxtisaslı hesab olunmayan və ya az ixtisaslı vətəndaşlarımız isə daha çox işdən sonra fiziki işə hesablanan işlərlə məşğul olurlar.


Xüsusən vətəndaşlarımızın iş norması və işləmə norması da önəmlidir. Çünki bəzi hallarda daha çox işləmək tibbi baxımdan arzu olunan hesab olunmur.

 

Yəni bu hallar istisna olmaqla, bütövlükdə biz online və ya əyani işlə məşğul olan vətəndaşlarımız üçün əlavə gəlir mənbələrinin olmasını müşahidə edirik".

 

Samirə Allahverdizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər