“Goldman Sachs-ın Azərbaycana marağı yeni fürsətlər yaradacaq”
Prezident İlham Əliyev avqustun 19-da “The Goldman Sachs Group Inc.” şirkətinin qlobal məsələlər üzrə prezidenti Cared Koheni qəbul edib. Görüşdə Azərbaycanla şirkət arasında 2010-cu ildən davam edən əməkdaşlıq, Dövlət Neft Fondu ilə uğurlu tərəfdaşlıq və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
İqtisadçı ekspert Natiq Cəfərli “İnformator.az” saytına açıqlamasında bildirib ki, Goldman Sachs uzun illərdir Azərbaycanla işləyir və ölkənin maliyyə vəsaitlərinin beynəlxalq bazarlarda peşəkar şəkildə yerləşdirilməsinə dəstək göstərir və artıq əməkdaşlıqda yeni mərhələyə keçid mümkündür:
“Əgər Goldman Sachs-ın birbaşa investisiyaları Azərbaycana yönəlsə, bu, ölkənin beynəlxalq imici üçün mühüm addım olar. Çünki köklü bir şirkətin Azərbaycana maraq göstərməsi həm yeni investisiya fürsətlərinin yaranmasına, həm də daha çox xarici sərmayəçinin ölkəyə cəlb olunmasına səbəb ola bilər”.
Ayan Əsgərova
