00:00:00
Yazar
Admin User
11.02.2015 06:14 913 1 dəq oxuma
Mədəniyyət

"Grammy" mükafatına layiq görülən azərbaycanlı bəstəkar

"İlin ən yaxşı kamera musiqisi" nominasiyasının qalibi seçildi
"Grammy" mükafatına layiq görülən azərbaycanlı bəstəkar
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin əsərinin də daxil olduğu məşhur Amerika skripkaçısı Hillary Han-ın "Deutsche Grammofon" albomu "Grammy" mükafatına layiq görülüb.
Bu albomda Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin də əsəri yer alıb.
 
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, albom "İlin ən yaxşı kamera musiqisi" nominasiyasının qalibi seçilib.
 
Musiqi dünyasının ən nüfuzlu mükafatı olan “Grammy” laureatlarının 57-ci təqdimat mərasimi fevralın 8-də ABŞ-ın Los-Anceles şəhərində Staples Center idman kompleksində keçirilb.
 
Azərbaycan musiqisi tarixində ilk dəfədir ki, bəstəkar belə bir nüfuzlu mükafatın qalibi olur.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər