Günəşdəki ləkələr tamamilə yoxa çıxıb
Günəşdə tünd ləkələr müşahidə edilmir.
"İnformator.az" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.
"Günəşdə hətta ən kiçik bir nöqtə belə müşahidə edilmir. Ulduz hazırda heç bir xüsusiyyəti olmayan ideal bir disk kimi görünür”, - məlumatda qeyd olunub.
