Gürcüstanda yenidən elektrik enerjisində kəsintilər qeydə alınıb
Gürcüstanda elektrik enerjisinin verilişinin bərpası istiqamətində işlər aparılır.
"İnformator.az" xəbər verir ki, bu barədə “Gürcüstanın Dövlət Elektrosistemi” SC-dən bildirilib.
Məlumata əsasən, qəzadan dərhal sonra Tbilisinin əksər hissəsində elektrik enerjisinin təchizatı mərhələli şəkildə bərpa olunub. Təchizatın tam bərpası prosesi qısa müddətdə başa çatdırlacaq.
Qurumdan həmçinin bildirilib ki, elektrik enerjisi kəsintisinin dəqiq səbəbi müəyyənləşdirilir və ictimaiyyətə məlumat təqdim olunacaq.
Qeyd edək ki, genişmiqyaslı elektrik enerjisi kəsintisi səbəbindən Tbilisi metrosunun fəaliyyəti müvəqqəti dayanıb, qatarların hərəkətində gecikmələr baş verib.