00:00:00
Yazar
Asiman Vəliyeva
27.04.2026 19:44 24 2 dəq oxuma
Sosial

Taksilərdə taksometr problemi: niyə hələ də quraşdırılmır?

Taksilərdə taksometrin olmaması sərnişinlər üçün qiymətlə bağlı problemləri gündəmdə saxlayır.


Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov "İnformator.az"a açıqlama verib. O bildirib ki, əgər taksi sürücüsü operator vasitəsilə fəaliyyət göstərirsə, bu halda gediş haqqı və məsafə həmin tətbiq vasitəsilə avtomatik hesablanır:


"Əgər taksi sürücüsü operator vasitəsilə fəaliyyət göstərirsə və sifarişləri mobil tətbiq üzərindən qəbul edirsə, bu halda gediş haqqı və məsafə həmin tətbiq   vasitəsilə avtomatik hesablanır. Belə olan halda avtomobilə ayrıca taksometr quraşdırılmasına ehtiyac yoxdur. Lakin sürücü müstəqil fəaliyyət göstərirsə, yəni hər hansı taksi operatoru və ya mobil tətbiqlə işləmirsə, bu zaman gediş haqqının və məsafənin düzgün hesablanması üçün taksometrin quraşdırılması zəruri sayılır".

 

Şəhər sakini mövzu ilə bağlı fikrini bildirib. O qeyd edib ki, bəzən sürücülərin fərqli məbləğ deməsi çətinlik yaradır:

 

" Bəzən qiymətlə bağlı narazılıq olur. Düşünürəm ki, taksi xidmətlərində taksometr olsa, qiymətlə bağlı problemlər azalar. Ən çox qiymətin əvvəlcədən dəqiq bilinməməsi və bəzən sürücülərin fərqli məbləğ deməsi çətinlik yaradır".

 

Taksi sürücüsü bu barədə fikrini bildirib. O qeyd edib ki, çox vaxt problem çıxmır, amma olur ki, sərnişin tətbiqdə göstərilən qiymətlə razılaşmır:


"Mən tətbiqlə işləyirəm deyə açığı taksometrə ehtiyac olmur, çünki qiyməti də, məsafəni də sistem özü hesablayır. Çox vaxt problem çıxmır, amma olur ki, sərnişin tətbiqdə göstərilən qiymətlə razılaşmır, elə onda kiçik narazılıq yaranır.
 Məncə, bizim kimi tətbiqlə işləyənlər üçün taksometr vacib deyil, amma sərbəst işləyən sürücülər üçün olsa, daha yaxşı olar".

Səmayə Səftərova

#gündəm #xəbər #yeni #azərbaycan #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər