00:00:00
Yazar
Aysel Mirzəyeva
13.04.2026 14:56 18 1 dəq oxuma
Dünya

Hakan Fidan Azərbaycanla bağlı açıqlama verib

Hakan Fidan Azərbaycanla bağlı açıqlama verib

“Türkiyə Azərbaycan və Ermənistan arasında sülhünün əldə olunması üçün ciddi səylərlə çalışır”.

 

"İnformator.az" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Hakan Fidan deyib.

 

“Cənubi Qafqazla sərhədimiz var, oradakı müharibələr, nizamsızlıq bizə də təsir göstərir. Buna görə də bölgədə nizam və təhlükəsizliyin təmin olunması istiqamətində, təhlükəsizlik sistemi ilə bağlı çox ciddi səylərimiz var. Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında ölçülü güc istifadəsindən keyfiyyətli diplomatiyaya qədər, region ölkələri və qlobal güclər arasında balansı saxlayaraq, oradakı istənilən qaynar münaqişənin Türkiyəyə təsir etməməsi üçün böyük səylər göstəririk”, - nazir bildirib.

 

Hakan Fidan Əlavə edib ki, Yaxın Şərq, Cənubi Qafqaz, Qara dəniz və Aralıq dənizində olduğu kimi, Avropanın təhlükəsizliyi də Türkiyə üçün strateji məsələdir.

#hakan #verib #baki #gündəm #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər