00:00:00
Yazar
Admin User
08.07.2025 06:50 129 1 dəq oxuma
Dünya

Hakan Fidan Rusiya, Ukrayna və ABŞ prezidentlərinin Türkiyədə görüşünü istisna etmir

Hakan Fidan Rusiya, Ukrayna və ABŞ prezidentlərinin Türkiyədə görüşünü istisna etmir

Rusiya, ABŞ və Ukrayna prezidentləri görüşə bilərlər.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, Rusiya və Ukraynanın sülhə ən yaxın olduğu dövr İstanbul danışıqları olub.

 

Türkiyə XİN rəhbəri Rusiyanın danışıqların üçüncü raunduna hazır olduğunu və Ukraynanın cavabının gözlənildiyini bildirib.

 

“Əvvəlki vaxtla müqayisədə Prezident Putin də daxil olmaqla hamı həmkarları ilə bir araya gəlməkdə problem görmür. Yəni Donald Tramp, Vladimr Putin və Volodimr Zelenskinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi altında bir araya gəlməsi prinsipində problem yoxdur”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər