00:00:00
Yazar
Admin User
26.06.2025 14:36 99 1 dəq oxuma
Dünya

"Hakimiyyətə görə vizasız rejimi qurban vermək?"

"Hakimiyyətə görə vizasız rejimi qurban vermək?"

Gürcüstanın BMT-dəki daimi nümayəndəsi David Bakradze bildirib ki, müxalifətdə olan Birləşmiş Milli Hərəkat Partiyasının nümayəndələri Avropa Parlamentində Gürcüstana vizasız rejim verilməsinin qarşısını almağa çalışıblar.

 

O qeyd edib ki, müxalifətin bu addımı artıq dövlət maraqlarına qarşı yönəlib.

Siyasi ekspert Bidzina Giorgobiani deyib ki, bu qüvvələr əvvəllər də xarici dairələrin maraqlarına xidmət edib, ölkəni Rusiya ilə qarşıdurmaya sürükləyib və regional əməkdaşlığın qarşısını alıblar.

 

Professor Badri Naçkebia isə bildirib ki, əgər bu məlumatları parlament komissiyası təsdiqləsə, bu müxalifətin nüfuzuna ciddi zərbə olar. O xəbərdarlıq edib ki, vizasız rejimin itirilməsi Gürcü xalqı üçün ağır sosial nəticələr doğura bilər.


Caliber

Billurə Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər