00:00:00
Yazar
Admin User
12.09.2025 18:30 183 2 dəq oxuma
İqtisadiyyat

Əhalinin gəlirləri açıqlanıb

Əhalinin gəlirləri açıqlanıb

 

İlkin məlumatlara görə, 2025-ci ilin yanvar-avqust aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,4 faiz artaraq 57 milyard 939,3 milyon manat və ya hər nəfərə orta hesabla 5659,6 manat olub.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a olan açıqlamasında gəlirlərin artmasının müsbət hadisə olduğunu bildirib:

 

“İstənilən halda gəlirlərin artması yaxşıdır.Ümumi şəkildə deyim ki,gini əmsalı əhalinin gəlirləri arasında qeyri-bərabərliyi ölçür.Çox təəssüflər olsun ki,Azərbaycanın statistikasında belə hesablamalara rast gəlməmişəm,yəni gini əmsalının hesablanması.Amma alternativ hesablamalarda var.Dünya bankının hesablanmasına görə son aylarda,2025 statistikası təbii ki,hələ olmayacaq,amma 2005-2022-ci illər arası gini əmsalı bizdə pisləşib.Yəni bu o deməkdir ki,gəlirlər daha çox varlı insanların,imkanlı təbəqənin əlində cəmlənir və əhalinin gəlirlərinin bölgüsündə qeyri-bərabərlik artır.Ümumi şəkildə nəzərə alsaq ki,əhalinin aşağı təbəqəsi,əsasən,sosial müavinətlər,maaşlar alırlar və bunlarla dolanırlar.Bu il minimum əmək haqqı artdı,sosial müavinətlərdə indeksasiya edildi.Bunu deməyə imkan verir ki,gəlirlərin artmağından aşağı təbəqə də yaralanıb.Minimal əmək haqqının artması,sosial müavinətlərdə indeksasiya buna imkan verib.Amma digər tərəfdən infilyasiya var.Ortalama inflyasiya ölkədə son 7 ayda 6 faiz ətrafındadır.Bu o deməkdir ki,tutalım 7,4 faiz nominal gəlir artıbsa inflyasiya da bu adamların artan gəlirlərini mənimsəyib.Nəzərə alsaq ki,aşağı gəlir və orta gəlirlər,əsasən,əmək haqqıdan faydalanırlar.Əmək haqqı da gündə artmır.Müəyyən zamanlarda,ilin əvvəli,ilin ortası və yaxud da ilin sonu artır,yəni hər ay artmır.Bu baxımdan kiçik və orta təbəqənin gəlirləri artsa da inflyasiya onlara neqativ təsir edir.Digər tərəfdən də burdan faydalanan yenə də imkanlı təbəqədir.Onlar gəlirlərini daha çox artıra biliblər.

Kiçik və orta sahibkarlığı inkişaf etdirmək lazımdır ki,məşğulluq genişlənsin və insanların gəlirləri davamlı artsın.Çünkü,kiçik və orta sahibkarlıq məşğulluğun əsas təminatçısıdır.Kiçik və orta sahibkarlığın inkişafı,iqtisadiyyatın diversifikasiyası,inflyasiyanın aşağı salınmasına dair mərkəzi bankın siyasəti lazımdır ki,inflyasiya insanların gəlirlərini yeməsin.

Nominal gəlirlərin artımı reytinqlərə müsbət təsir göstərir.Çünkü bu onu göstərir ki, ölkədə bazar böyüyür.Amma beynəlxalq reytinqlərdə müxtəlif kateqoriyalar olur.Hansı ki gəlirlərin artımı ora daxildir,o reytinqlərə müsbət təsir göstərir”.

 

Həbibə Xankişiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər