00:00:00
Yazar
Admin User
07.02.2015 09:40 907 2 dəq oxuma
Maraqlı

Hansı orqanımız neçə ilə yaşlanır?

Orqanlarımız bizi yaşadan üzvlərimizdir. Hər orqan müəyyən bir yaşdan sonra yaşlanmaya başlayır və işini daha yavaş yerinə yetirir.
Hansı orqanımız neçə ilə yaşlanır?

Orqanlarımız bizi yaşadan üzvlərimizdir. Hər orqan müəyyən bir yaşdan sonra yaşlanmaya başlayır və işini daha yavaş yerinə yetirir. Bəs bunun qarşısını necə almaq mümkündür?

Beyin: 

30 yaşdan etibarən beyində dəyişikliklər başlayır. Beyin hüceyrələri yavaş-yavaş kiçilir. 50 yaşından etibarən isə beyin ağırlığı azalır, azalma hər 10 ildə 2-3% nisbətindədir. Beyin qırışlarının eni daralır, beynin ortasındakı boşluqlar genişlənir. Beyin divarı qalınlaşır. Yaşla birlikdə öyrənmə və informasiya toplama sürəti azalır.

Bunların qarşısını almaq üçün isə həftədə ən azı iki dəfə balıq yeməli, siqaret və spirtli içkilərdən uzaq durmalı, kitab və qəzet oxunmalıdır. 

Göz:  

40 yaşından sonra göz bəbəyinin sərtliyi artır. Bu səbəblə gözün əşyalara diqqət yetirməsi üçün lazım olan dəyişikliyi həyata keçirə bilmir. Beləcə 50 sm-dən daha yaxını görmək çətinlik yaradır. Gözdən beyinə gedən sinir hüceyrələrinin sayındakı azalma səbəbi ilə rəng tonlarındakı fərqi ayırd etmək çətinlik yaradır.

Mənfi nəticələrin qarşısını almaq üçün C və E vitamini ilə zəngin olan qidalar qəbul edilməli. Müəyyən dövrdən bir göz müayinəsi həyata keçirilməlidir. Normal bir göz 40 yaşında +1, 50 yaşında +2, 60 yaşında +3 nömrəli eynəyə ehtiyac duyar.

Qulaq:

30 yaşından etibarən yaşlılıqla əlaqədar olduğu düşünülən eşitmə zəifliyi başlaya bilər. Çünki qulağa gedən və qan daşıyan damarlar vəzifəsini tam olaraq yerinə yetirə bilmir. Bundan başqa eşitmə siniri yaşlanır və beyindəki eşitmə mərkəzinin yaşla birlikdə işi yavaşlayır.

Eşitmənin zəifləməsinin qarşısını almaq üçün lazım olduqda cihazdan istifadə etmək, yüksək olmayan səslə və üz-üzə danışmaq lazımdır.


Ürək:


Ürəkdə isə 40 yaşdan etibarən mənfi dəyişikliklər başlayır. Ürək ağırlığında artım meydana gəlir. Çünki sol qulaqcıq divarı qalınlaşır və qulaqcıqlar arası bölmə genişlənir.

Siqaret çəkməmək, yağdan istifadəni azaltmaq, banan, alça, kartof kimi potasiumla zəngin qidalardan istifadə etmək, tez tez sarımsaq yemək , duz, kalori və xolestroldan az miqdarda istifadə etmək, idman və çox gəzmək ürəyin zəifləməsinin qarşısını alan ən yaxşı vasitələrdir. 

Ağciyər:


Ağciyərlərdə dəyişikliklər 20 yaşdan başlayır. Oksigen alışı azalır. Nəfəs əzələlərindəki zəifləmələr səbəbi ilə 40 yaşından nəfəs darlığı müşahidə edilir.

Ağciyər infeksiyasından qorunmaq üçün siqaretdən uzaq durmalı, tez-tez təmiz və bol oksigenli havada idman etmək vacibdir. 

Sümüklər:


30 yaşından başlayaraq sümükdəki kalsium itkisi səbəbi ilə sümük iliyinin miqdarı azalır. Ən çox itki onurğalarda müşahidə olunur.

Süd və süd məhsulları, qara kələm, yumurta sarısı, D vitamini qəbulu sümüklərin zəifləməsinin qarşısını alır. 



#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər