00:00:00
Yazar
Admin User
15.09.2025 18:54 150 1 dəq oxuma
Maraqlı

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok edib

Hava limanından Əhmədliyə London taksisinin qiyməti şok edib

Heç bir dövlət qurumu, hökumət nümayəndəsi çıxıb demir ki, bu qərarı mən vermişəm. Çünki bu qərar qanunsuzdur. Bu, açıq-aşkar Rəqabət Məcəlləsinə ziddir.

 

"İnformator.az" xəbər verir ki, bu sözləri "Axar.az"a hüquqşünas Əkrəm Həsənov hava limanında tətbiq edilən taksi məhdudiyyətləri haqqında danışarkən deyib.

 

Əkrəm Həsənov əlavə edib ki, məhdudiyyətlər istehlakçılara da ciddi zərər vurur və onların hüquqlarını pozur:

 

“Özüm də bilmədən hava limanında həmin London taksisinə mindim, məni Əhmədliyə 47 manata apardılar – bu, dəhşətdir. Bu qanunsuz qərar rəqabəti aradan qaldırır, inhisarçılıq yaradır və süni qiymət artımına səbəb olur”.

 

Hüquqşünasın sözlərinə görə, problemin həlli hüquqi yollardan keçməlidir:

 

“İlk növbədə bu qərarı kim verdiyi aydınlaşmalıdır. Daha sonra isə həmin qərardan məhkəməyə şikayət edilməlidir”.

 

Qeyd edək ki, Bakının hava limanı ərazisindən yalnız London taksilərinə və “Bolt”a müştəri götürməyə icazə verilir, digər taksi şirkətlərinin hava limanı ərazisindən sifariş qəbul edilməsi dayandırılıb. Heç bir səbəb göstərilməyən bu qərara görə hava limanından şəhərə taksi qiyməti 3 dəfə qalxıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər