00:00:00
Yazar
Admin User
05.08.2025 15:51 102 1 dəq oxuma
Dünya

Həddindən artıq isti hava bir ayda 1060 nəfərin ölümünə səbəb olub

Həddindən artıq isti hava bir ayda 1060 nəfərin ölümünə səbəb olub

İspaniyada təsirini göstərən aşırı isti hava şəraiti nəticəsində cəmi bir ay ərzində 1060 nəfər həyatını itirib.

İspaniya Səhiyyə Nazirliyi, iyul ayında qeydə alınan ölüm hallarının səbəbinin yüksək temperatur olduğunu açıqlayıb. Nazirlik, Günlük Ölüm Nəzarət Sistemi (MoMo) məlumatlarına əsaslanaraq bildirib ki, təkcə iyul ayında havaların istisi səbəbindən 1060 nəfər vəfat edib.

 

Nazirliyin yaydığı açıqlamada deyilir:

“İyul ayında yüksək temperatur səbəbilə 1060 ölüm hadisəsi baş verib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 57 faiz daha çoxdur. İsti hava ölümcül ola bilər və ciddi sağlamlıq riski yaradır. Ehtiyatlı olun: bol su için, özünüzü qoruyun və ən çox ehtiyacı olan insanlara yardım edin”.

 

Həlak olanların böyük əksəriyyətinin xroniki və patoloji xəstəliklərdən əziyyət çəkənlər, həmçinin yaşlı insanlar olduğu bildirilib.

 

Haber Global 

Nuray Əliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər