00:00:00
Yazar
Admin User
15.12.2025 19:16 121 1 dəq oxuma
İqtisadiyyat

Hesablama Palatası DNF-nin 2026-cı il büdcəsini təsdiqləyib

Hesablama Palatası DNF-nin 2026-cı il büdcəsini təsdiqləyib

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.

 

Mövzu ilə bağlı İqtisadi Resursların Öyrənməsi Mərkəzinin sədri Ruslan Atakişiyev “İnformator.az”a açıqlamasında bildirib ki, bizimlə bağlı həyata keçirilən layihələr və ayrılan vəsaitlər əsasən qeyri-neft sektorunun, xüsusilə də kiçik sahibkarlığın inkişafına yönəlmiş məşğulluq proqramları çərçivəsində reallaşdırılır:

 

“Bu proqramlar nəticəsində müxtəlif sahələr üzrə sahibkarlıq subyektlərinin formalaşması təmin edilib. Məşğulluğun artırılması proqramı çərçivəsində dövlət büdcəsindən kiçik və orta sahibkarlığa, eləcə də qeyri-neft sektoruna dəstək məqsədilə müxtəlif kredit mexanizmləri tətbiq olunur. Xüsusilə İnkişaf Fondu vasitəsilə sahibkarlara sərgi və yarmarkalarda iştirak, məhsulların ixracının təşviqi və təşkilati dəstək göstərilir.
Kənd təsərrüfatı sahəsində də toxumçuluq, gübrə təminatı, kənd təsərrüfatı texnikası və digər istiqamətlər üzrə subsidiyalaşma layihələri həyata keçirilir. Bu tədbirlər kompleks şəkildə tətbiq edilərək sahibkarlara geniş dəstək mexanizmi formalaşdırılır. Ümumilikdə, dövlət büdcəsində qənaət rejiminin tətbiqi və növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur. Bu yanaşma qeyri-neft sektorundan əldə olunan gəlirlərin artmasına və büdcə gəlirlərinin şaxələndirilməsinə xidmət edir.
Dekabr aylarında dövlət büdcəsinin fəaliyyətinin və xərclərinin səmərəli idarə olunması nəticəsində əlavə olaraq dövlət büdcəsində 120 milyon manat vəsaitə qənaət edilib”.

 

Fidan Alışova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər