00:00:00
Yazar
Admin User
07.11.2025 08:41 154 1 dəq oxuma
İqtisadiyyat

Hesablama Palatasının sədr müavini: "Gələn ildən vergi elastikliyi artacaq"

Hesablama Palatasının sədr müavini: "Gələn ildən vergi elastikliyi artacaq"

2026-cı ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə bəzi mənbələrdən proqnozlaşdırılan gəlirlərin reallaşdırılmasında ciddi risklər yaranmayacaq, bəzi mənbələr üzrə vergi elastikliyi artacaq.

 

"İnformator.az" xəbər verir ki, bunu Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

 

Bundan başqa, onun sözlərinə görə, əvvəlki ildə müşahidə olunan meyilə uyğun olaraq Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların çox nəzərdə tutulması tendensiyası davam etdirilib, gəlirlərin proqnozlaşdırılması prosesində istifadə olunan iqtisadi göstəricilərin tərkib komponentlərində əhəmiyyətli dəyişikliklərin baş verməməsi şərti ilə müəyyən edilmiş proqnozların icra olunacağı qənaətinə gəlinib.

 

"2026-cı ilin büdcə xərcləri "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası", o cümlədən "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" kimi strateji proqramları əhatə edir", - deyə sədr müavini əlavə edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər