HEYVANISTAN - İnsan xisləti, acgözlük, eqoistlik…
Corc Oruelin “Heyvanıstan” əsərinin təhlillərin əksinə, mən burada Corcun hansısa izm-i müdafiə etdiyi və ya tənqid etdiyini düşünmürəm. Düşüncəmə görə, Corc burada tamamilə insan amilini ortaya qoyub. İnsanların mənfi xüsusiyyətlərini heyvanlar üzərindən tənqid edib ki, bu da çox uğurlu alınıb. Disutopik hesab edilən əsərdə elə ən sevdiyim detal bu oldu. Əsərin uğurlu alınması, geniş kütlədə sevilməsi heyvanları insanın güzgüsü kimi göstərməsindən dolayı olmuşdur. Burada tənqid sadəcə bir insana ünvanlanmamış, fərqli xarakterdə olan insanların mənfiləri oxucuya göstərilmiş bu haqda fikir bildirməyi tamamilə oxucuya buraxmışdır. Bu mövzudan danışmışkən deyə bilərəm ki, Corc hadisələri elə təsvir edird ki, özü qəti şəkildə hərhansısa xarakter haqqında fikir bildirmir, sadəcə xarakteri oxucuya təqdim edir.
Əsərdə sevdiyim detallar var. Napaleonu müdafiə edən və onu, necə deyərlər, hakimiyyətdə saxlayan heyvanların it olaraq seçilməsi, onu daim müdafiə edən, dəstək olan heyvan kimi də qoyunların seçilməsi mənə görə xüsusi və maraqlı nüanslardır.
Corc Oruel ele yazardır ki, onun əsərləri nəyinki öz dövrü bütün dövrlərlə məxsusdur. Bu məxsusluğu kitabda Çığırğanın “Pəyə döyüşü”ndə qəhrəmanca vuruşmuş olan Snoubollu, Heyvanıstandan qovulduqdan sonra onun şücaətini şişirdilmiş kimi göstərilməsi mənə yaxın tarixi xatırlatdı. Bundan əlavə fərqli dövrlər üçün Heyvanıstan olduğu kimi müxtəlif siyasətçiləri, diktatorları, xalqın içərisindən olan insanları və xalqı, əks etdirməsidə onun daim günümüzün ifadə olan əsər kimi adlandırmağa şərait yaratdı.
Heyvanistan mənə nə öyrətdi?
Maraqlıdır ki, burada təhsil, elmin insanın ayıq olmasına və kiminsə oyuncağı olmanın qarşısını alınmasına təsir etdiyini göstərir. İnsan xisləti, acgözlük, eqoistlik kimi mənfi insan xüsusiyyətləri pislənir. Bu kimi mənfiliklərdə oxucunu belə xüsusiyyətlərdən uzaqlaşdırır.
Kitabın insana təsir gücü böyükdür. Xüsusilə hər bir detalı diqqətlə yazılmış kitablar, tərcüməsində qüsur olmayanlar.
Edlveys
