00:00:00
Yazar
Banuçiçək Məmmədova
22.02.2026 17:14 8 1 dəq oxuma
Siyasət

Hindistan ABŞ ilə danışıqları təxirə salıb

Hindistan ABŞ ilə danışıqları təxirə salıb

Hindistan və ABŞ rəsmiləri arasında iki ölkə arasında ticarət sazişinin mətninin yekunlaşdırılması üçün fevralın 23-də Vaşinqtonda keçirilməsi planlaşdırılan üç günlük danışıqlar təxirə salınıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə NDTV hökumətdəki mənbəyə istinadən məlumat yayıb.

 

"Hər iki tərəf hesab edir ki, Hindistanın baş danışıqçısı və onun komandasının səfəri son inkişaflar və onların nəticələri qiymətləndirdikdən sonra planlaşdırılmalıdır. Görüş qarşılıqlı məqbul bir tarixə qədər təxirə salınacaq", - deyə o qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 21 fevralda bütün ölkələrdən idxal olunan mallara tətbiq edilən tarifləri 10%-dən 15%-ə qaldırdığını elan etmişdi.

#azərbaycan #baki #yeni #hindistan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər