00:00:00
Yazar
Admin User
09.02.2026 16:56 59 1 dəq oxuma
İqtisadiyyat

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

Hindistan Azərbaycandan mayeləşdirilmiş təbii qaz almaq istəyir

 

 


Hindistanın dövlət neftayırma şirkəti “Bharat Petroleum” Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə mayeləşdirilmiş təbii qazın (LNG) alınması istiqamətində danışıqlar aparır. Şirkətin LNG üzrə bölmə rəhbəri Pandiyan Hindistan Enerji Həftəsi çərçivəsində Qoa şəhərində keçirilən tədbirdə “The Hindu” qəzetinə açıqlamasında bildirib ki, bu addım Hindistanın enerji təchizatının şaxələndirilməsi strategiyasının tərkib hissəsidir.

 

İqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, burada məsələ ondan ibarətdir ki, SOCAR LNG istehsal eləmir:

 

“LNG mayeləşdirilmiş qazdır. SOCAR isə mayeləşdirmə ilə məşğul olmur. Biz sadəcə təbii qaz çıxarıb, onu boru kəmərləri vasitəsilə satırıq. Qazın fiziki olaraq mayeləşdirilməsi üçün xüsusi zavodlar və terminallar lazımdır ki, bu da ayrıca bir sahədir. SOCAR-ın nə LNG istehsal edən müəssisəsi var, nə də terminalı. Bu sahə ilə məşğul olmur. Ancaq SOCAR-ın treydinq şirkəti var. O, alqı-satqı ilə məşğuldur və LNG alıb-satır. Hazırda da bu mayeləşdirilmiş qazla bağlı Hindistanla danışıqlar aparılır. Bu, SOCAR Treydinq şirkəti üçün əlavə dövriyyə deməkdir. SOCAR Treydinq üçün yeni müştərilərin tapılması gəlirlərə müsbət təsir göstərəcək". 

 


Reyhan Quliyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər