00:00:00
Yazar
Lalə Qafarova
23.10.2026 20:57 33 1 dəq oxuma
İqtisadiyyat

Hindistan şirkətləri Azərbaycanın enerji sektoruna maraq göstərir

Hindistan şirkətləri Azərbaycanın enerji sektoruna maraq göstərir

 

Azərbaycanın enerji sektoru xarici investorların diqqətini cəlb etməkdə davam edir. Son dövrlər Hindistan şirkətlərinin də bu sahəyə maraq göstərməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından yeni imkanlar yaradır. 
 

Mövzu ilə bağlı ekspert İlham Şaban bildirib ki, Hindistan şirkətlərinin Azərbaycanın enerji sektoruna maraq göstərməsi başa düşüləndir. Əvvəla, Hindistanın dövlətə bağlı şirkəti uzun illərdir “Azəri-Çıraq-Günəşli” neft yataqları layihəsinin səhmdarıdır. Bu baxımdan Hindistan təkcə həmin şirkətin payına düşən nefti deyil, əlavə həcmlərdə də Azərbaycan neftini alır.

 

"Digər tərəfdən, Hindistan əhalisinin sayına görə dünyada birinci yerdə olan ölkədir. Onun enerjiyə tələbatı böyükdür və enerji daşıyıcılarını müxtəlif formalarda idxal etməkdə maraqlıdır. Bu baxımdan Hindistan enerji şirkətlərinin Azərbaycana maraq göstərməsi, yerli layihələrdə pay sahibi olması və birgə fəaliyyət göstərməsi tamamilə başadüşüləndir". 


O bildirib ki, kommersiya baxımından bunun Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olacağı və tərəflərin razılığa gəlib-gəlməyəcəyi artıq danışıqların növbəti mərhələsindən asılıdır.


Aysun Xəlilova

#azərbaycan #xəbər #göstərir #gündəm #azərbaycanın
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər