00:00:00
Yazar
Admin User
02.12.2025 17:51 113 2 dəq oxuma
Maraqlı

Hindistanda telefonlara məcburi qaydada xüsusi kibertəhlükəsizlik proqramları quraşdırılıb

Hindistanda telefonlara məcburi qaydada xüsusi kibertəhlükəsizlik proqramları quraşdırılıb

Hindistan hökuməti kibertəhlükəsizlik tədbirlərini daha da sərtləşdirir.Hindistan hökuməti kibertəhlükəsizliyi gücləndirmək məqsədilə smartfon istehsalçıları üçün yeni tələblər müəyyən edib. Qaydalara əsasən, şirkətlər 90 gün ərzində “Sanchar Saathi” adlı xüsusi təhlükəsizlik tətbiqini bütün yeni cihazlara əvvəlcədən quraşdırmalıdır. Təchizat zəncirində artıq olan telefonlar isə bu xidməti proqram yeniləməsi vasitəsilə alacaq və ən diqqətçəkən məqam odur ki, istifadəçilər həmin tətbiqi deaktiv edə bilməyəcəklər.

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində süni intellekt mütəxəssisi Natiq Məmişov bildirib ki, Hindistan hökumətinin tətbiq etdiyi “Sanchar Saathi” adlı təhlükəsizlik proqramı mobil cihazlarda kibertəhlükəsizliyi gücləndirmək məqsədi daşıyır:

 

“Bu sistem əsasən cihazlarda zərərli proqramların malware və spyware kimi təhlükəli tətbiqlərin aşkarlanması və silinməsi üçün işləyir. Proqram eyni zamanda fırıldaqçılıq və phishing hücumlarını müəyyən edərək istifadəçiləri saxta saytlar və təhlükəli e-poçt mesajları barədə vaxtında xəbərdar edir. “Sanchar Saathi” şəbəkə təhlükəsizliyini də nəzarətdə saxlayır. Wi-Fi şəbəkələrinin zəifliklərini, müxtəlif şəbəkə hücumlarını xüsusilə ,MITM və digər müdaxilə cəhdlərini aşkar edir və müdafiə tədbirləri görür. Telefonun oğurlanması və ya itirilməsi halında isə proqram izləmə və lokasiya funksiyaları vasitəsilə cihazın tapılmasına kömək edir. Bundan əlavə, sistemdəki yüklənməni və xırda nasazlıqları aradan qaldıraraq cihazın ümumi fəaliyyətini optimallaşdırmağa çalışır. Bununla yanaşı, bu kimi məcburi təhlükəsizlik tətbiqləri şəxsi məlumatların toplanması ilə bağlı müəyyən narahatlıqlar yaradır. Rəsmi məlumatlarda proqramın yalnız təhlükəsizlik məqsədilə istifadə edildiyi bildirilir, lakin hansı məlumatların toplandığı və onların necə istifadə edildiyi barədə tam şəffaflıq yoxdur. Bu isə istifadəçilərin tətbiqi deaktiv edə bilməməsi fonunda əlavə suallar doğurur. Tətbiqin yığdığı məlumatların əsas məqsədinin cihazın qorunmasını artırmaq olduğu vurğulansa da, məlumatların tam açıqlanmaması şəffaflıq məsələlərini gündəmə gətirir. Bu səbəbdən, tətbiq həm təhlükəsizlik baxımından faydalı hesab olunur, həm də məlumatların idarə olunması ilə bağlı müəyyən ehtiyatlılıq tələb edir. Ümumiyyətlə, "Sanchar Saathi" tətbiqi Hindistanın kibertəhlükəsizlik sahəsində vacib bir addım olsa da, şəxsi məlumatların toplanması və işlənməsi məsələsində diqqət və şəffaflıq tələb edir. İstifadəçilər öz məlumatlarının necə toplandığını və işlənəcəyini daha yaxşı başa düşməli və lazımi hüquqi müdafiə tədbirlərini almağa diqqət etməlidirlər”.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər