00:00:00
Yazar
Admin User
15.01.2026 19:09 90 1 dəq oxuma
Dünya

HƏMAS Qəzzada idarəçiliyi yeni administrasiyaya verəcək

HƏMAS Qəzzada idarəçiliyi yeni administrasiyaya verəcək

HƏMAS hərəkatı Qəzza zolağında idarəetməni yeni yaradılmış texnokratik administrasiyaya təhvil verməyə razılaşıb.

 

"İnformator.az"xəbər verir ki, bu barədə Fələstin Milli Muxtariyyəti rəhbərinin müşaviri Mahmud əl-Habaşa bildirib.

 

15 üzvdən ibarət yeni administrasiya Qəzzanı ABŞ Prezidenti Donald Trampın ötən il razılaşdırdığı plan çərçivəsində idarə edəcək.

 

Administrasiyanın əsas vəzifəsi humanitar məsələlərin həlli, əhaliyə zəruri xidmətlərin göstərilməsi və Fələstin əhalisinin köçürülməsinin qarşısının alınmasıdır. Hərbi və xarici siyasi məsələlər administrasiyanın səlahiyyətlərinə daxil olmayacaq.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər