Hollandiyalı dizayner "iPhone 7" smartfonunun konsepsiyasını hazırlayıb
Hollandiyalı dizayner Yaasser Farahi yeni nəsil "iPhone 7" smartonu 5 GB əməli yaddaşa malikdir.
"iPhone 7"nin korpusu əvvəlki modeldən (6.1 millimetr) daha nazikdir, yan çərçivələr isə praktiki olaraq, görünməzdir. Bu səbəbdən bərkidilməmiş displey təsəvvürü yaranır. Qurğunun ekranı 4.7 duym diaqonala və Full HD (401 ppi) görüntüyə malikdir. Displey paneli yaqut (sapfir) şüşə ilə müdafiə olunur. 12 meqapikselli kamera 4K-video yazı dəstəyi alacaq.
"iPhone 7"nin dizayneri onu beş rəng çalarında təklif edib: qara, gümüşü, narıncı, qızılı və bənövşəyi.
Hollandiyalının fikrincə, rəng qammasının genişləndirilməyi modelin satışına müsbət təsir göstərəcək.
