00:00:00
Yazar
Admin User
22.06.2023 19:26 573 1 dəq oxuma
Mədəniyyət

Hollivud ssenaristləri Los-Ancelesdə etiraz aksiyası keçirib

Hollivud ssenaristləri Los-Ancelesdə etiraz aksiyası keçirib

Hollivuddakı şəraitə görə 50 günə yaxındır tətil edən ssenaristlər Los-Ancelesdə etiraz aksiyası təşkil ediblər. Ssenari müəllifləri tətilin uğurlu olacağına inanırlar.

 

İnformator.az NTV-yə istinadən xəbər verir ki, Amerika Ssenari Müəllifləri Assosiasiyasının başlatdığı tətil təxminən 50 günür davam edir. Bu gün Los-Ancelesdə iş və maaş zəmanəti tələbi ilə keçirilən etiraz aksiyasında minə yaxın ssenarist bir araya gəlib.

 

Burada çıxış edən amerikalı ssenarist və komediya ustası Adam Konover “Acgözlülüyün institutlaşdığı Hollivudda davamlı iş” tələbi ilə mübarizəni davam etdirdiklərini bildirib. Hollivudun ssenaristlərsiz yaşaya bilməyəcəyinə diqqət çəkən Konover "Biz olmasaydıq heç bir şeyləri olmazdı" deyib. 

 

Aydan

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər