00:00:00
Yazar
Admin User
16.10.2025 08:18 115 1 dəq oxuma
Maraqlı

Hormonların əhval və psixoloji sağlamlığa təsiri

Hormonların əhval və psixoloji sağlamlığa təsiri

Hormonlar orqanizmin düzgün işləməsində mühüm rol oynayır, lakin onların təsiri təkcə fiziki proseslərlə məhdudlaşmır. Alimlər bildirirlər ki, hormonlar bəzən insanın əhvalına və psixoloji vəziyyətinə də ciddi şəkildə təsir göstərə bilir.

 

Uzun illərdir məlumdur ki, beynimizdəki kimyəvi siqnal daşıyıcıları-neyrotransmitterlər hiss və emosiyalarımıza güclü təsir edir,lakin son araşdırmalar göstərir ki, hormonlar da bu prosesdə az rol oynamır.

 

Hazırda elm adamları bu bilikdən depressiya və narahatlıq kimi psixoloji pozğunluqların müalicəsində istifadə yollarını araşdırırlar. Hormonlar bədəndəki vəzilər və orqanlar tərəfindən ifraz olunur, qan dövranı vasitəsilə hədəf hüceyrələrə çatır və orada müəyyən reaksiyaları başladır. Məsələn, insulin hormonu qandakı artıq şəkər hüceyrələrinin mənimsənilməsini təmin edir.

 

Ədilə Hüseynzadə 

BBC News

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər