Hörmüz boğazı daha heç vaxt bağlanmayacaq - Tramp
Hörmüz boğazı daha heç vaxt bağlanmayacaq.
"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.
“Çin mənim Hörmüz boğazını həmişəlik açmağımdan çox məmnundur. Mən bunu həm onlar üçün, həm də dünya üçün edirəm. Bu hadisə bir daha baş verməyəcək. Onlar razılaşıblar ki, İrana silah göndərməyəcəklər. Bir neçə həftədən sonra mən ora gedəndə Si Szinpin məni qucaqlayacaq. Biz birlikdə ağılla işləyirik və bunu çox yaxşı edirik. Bu, döyüşməkdən daha yaxşı deyilmi? Amma unutmayın, lazım gələrsə, biz döyüşməyi çox yaxşı bacarırıq. Hamıdan qat-qat yaxşı!!!”, - Tramp qeyd edib.