00:00:00
Yazar
Ayşən Səlimova
13.04.2026 21:20 17 2 dəq oxuma
Dünya

Hörmüz boğazı dünya enerji daşımalarının ən strateji marşrutlarından biridir

 

Hörmüz boğazı dünya enerji daşımalarının ən strateji marşrutlarından biridir

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə xəbərdarlıq edərək bildirib ki, regionda təzyiqlər davam edərsə, Hörmüz boğazı ətrafında vəziyyət dəyişə bilər. Bu bəyanat enerji daşımalarının əsas marşrutlarından biri olan boğazın təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimli “İnformator.az”a açıqlamasında bildirib ki, son günlər SEPAH tərəfindən ABŞ-yə ünvanlanan və Hörmüz boğazı ilə bağlı səsləndirilən xəbərdarlıqlar qlobal enerji bazarlarında ciddi narahatlıq yaradır:

 

“Hörmüz boğazı dünya üzrə neft və qaz daşımalarının ən strateji marşrutlarından biridir. Dünyada ticarətə çıxarılan neftin böyük hissəsi məhz bu marşrut vasitəsilə daşınır. Buna görə də bölgədə yaranan hər hansı gərginlik qlobal enerji bazarına və neft qiymətlərinə birbaşa təsir edir. Regionda risklərin artması fonunda neft bazarında əlavə risk amili yaranır və bu da qiymətlərin qısamüddətli dövrdə artmasına səbəb olur. Bundan başqa nəqliyyat və sığorta xərclərinin yüksəlməsi də qiymət artımını sürətləndirə bilər. Belə vəziyyət enerji ixrac edən ölkələr üçün qısamüddətli dövrdə əlavə gəlir yaratsa da, uzunmüddətli perspektivdə bəzi risklər yaradır. Enerji qiymətlərinin artması bəzi ixracatçı ölkələr üçün gəlirlərin artmasına səbəb ola bilər. Lakin uzunmüddətli dövrdə geosiyasi risklərin artması, investisiya mühitinin zəifləməsi və alternativ enerji mənbələrinə keçidin sürətlənməsi kimi hallar da mümkündür. Bu isə xüsusilə, enerji ixracından asılı iqtisadiyyatlar üçün müəyyən çətinliklər yarada bilər. Hörmüz boğazının bağlanması qlobal enerji bazarında ciddi nəticələrə səbəb ola bilər. Belə bir vəziyyət yaranarsa, dünya bazarına gündəlik milyonlarla barel neftin çıxışı məhdudlaşar. Bu isə enerji qiymətlərinin kəskin artmasına, inflyasiya təzyiqlərinin güclənməsinə və bir çox ölkələrdə enerji təhlükəsizliyi məsələsinin daha da aktuallaşmasına səbəb ola bilər”.

 

Ayşə Müzəfərli

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər