Hörmüz boğazında ABŞ ilə İran arasında qarşılıqlı hücumlar qeydə alınıb
ABŞ İranın neft tankerinə hücum edib və İslam Respublikası buna cavab olaraq Amerikanın gəmilərinə raket zərbələri endirib.
"İnformator.az" xəbər verir ki, bu barədə yüksəkrütbəli hərbi mənbəyə istinadən IRIB məlumat yayıb.
"ABŞ ordusunun İran neft tankerinə hücumundan sonra, Hörmüz boğazı ərazisində hücumu həyata keçirən düşmən bölmələri İranın raket atəşinə məruz qalıb", - məlumatda bildirilib və əlavə olunub ki, ABŞ ordusu itki verərək geri çəkilib.