00:00:00
Yazar
Lalə Qafarova
03.08.2026 15:57 33 1 dəq oxuma
Dünya

Hörmüz boğazında yeni mərhələ: Böhran həll olunur, yoxsa idarə edilir?

 

Hörmüz boğazında yeni mərhələ: Böhran həll olunur, yoxsa idarə edilir?

İranın xarici işlər naziri Abbas Əraqçi Omanla Hörmüz boğazında gəmiçilik məsələlərinə dair danışıqlar prosesinin yekun mərhələyə yaxın olduğunu vurğulayıb.

 

Mövzu ilə bağlı “İnformator.az”a politoloq Züriyə Qarayeva bildirib ki, danışıqların yekunlaşması, ilk növbədə, bölgədə hərbi qarşıdurma riskini müəyyən qədər azalda bilər:

 

"Oman ənənəvi olaraq İranla Ərəb dövlətləri və Qərb arasında etibarlı vasitəçi rolunu oynayır. Razılaşma əldə olunarsa, enerji daşıyıcılarının nəqli, ticarət gəmilərinin təhlükəsizliyi və dünya bazarlarında neft qiymətlərinin sabitləşməsi baxımından müsbət nəticələr yarana bilər. Lakin İran tərəfi bu danışıqların boğazın tam və qeyd-şərtsiz açılması anlamına gəlmədiyini bildirir. Buna görə də söhbət hələlik böhranın tam həllindən deyil, onun idarəolunan səviyyəyə endirilməsindən gedir. Gərginliyin davamlı şəkildə azalması isə yalnız İran–Oman razılaşmasından asılı deyil. ABŞ və İran arasındakı qarşıdurma, İsrail amili, İranın nüvə proqramı və Körfəz ölkələrinin təhlükəsizlik narahatlıqları həll olunmadan Hörmüz boğazı yenidən təzyiq vasitəsinə çevrilə bilər. Tehran hazırda ABŞ-lə birbaşa danışıqlar aparılmadığını və mövcud müzakirələrin böhranın həlli üçün yetərli olmadığını vurğulayır. Bu baxımdan, Omanla əldə ediləcək anlaşma mühüm etimad addımı sayılsa da, regional sabitlik üçün daha geniş siyasi və təhlükəsizlik razılaşmalarına ehtiyac qalacaq".

 

Nurgün Qənizadə

#həll #boğazında #yoxsa #idarə #edilir?
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər