Həqiqət-Doğru arayışında ... Aydan Qasımova yazır
Doğru nədir? Nəyi etsək ən düzgünününü etmiş olarıq? Həqiqətən də, "Həqiqət" deyə bir şey varmı, yoxsa bu insanoğlunun uydurduğu, həqiqətə inanmaq üçün yaratdığı bir yalandır?
Doğru sözü izahlı lüğətlərdə "Doğrudan, həqiqətən olmuş və ya olan şey" şəklində tərif edilir.
Doğru var, ya da yoxdur, çünki bu mövhum insandan insana və mühitdən mühitə dəyişən bir qavramdır və yerinə görə həm yanlış, həm doğruya bənzəyir.
Bir heyvan olaraq deyil də, heyvanlar aləminə mənsub bir insan olaraq bunu cavablamaq çox çətindir.
Doğrular ilə bağlı tərifi İmmanuel Kant yaratmışdı. Həmin tərif belə idi: “Elə davran ki, sənin əsaslandığın meyarın hər kəs üçün qanunvericilik qüvvəsi olsun”.
Bu tərifə əsasən doğru və yanlışları ayırd etmək asanlaşır. Çünki "İnsan öldürmək doğru deyil" dediyimizdə qatil belə bununla razılaşa bilər. Nə də olsa, o da həyatdan bezsə belə, yaşamaq istəyəcəkdir.
Septizmə görə tam olaraq doğru yoxdur. Doğru bilgi imkansızdır.
Sizlər üçün doğru qavramını və doğru ilə bağlı qarışıq düşüncələri bir qədər sadələşdirmək üçün filosofların düşüncələrini sıraladım:
Parmenidesə görə, hisslər kainatı ziddiyyətlidir, çünki daim dəyişir. Amma əsl varlıq birdir, ölməzdir, daimidir, dəyişməzdir. Parmenides septizmin əsasını qoydu, bu da insanların yaxşı bildikləri bir şeyə şübhə etməsinə səbəb oldu. O, həqiqi biliyin dəyişməz, gözəgörünməz olduğunu, yalnız varlığın bilgisi olduğunu, onun ağılla bilinə biləcəyini, hərəkət və dəyişikliyin illüziya olduğunu müdafiə edirdi.
Müəllimi Parmenidin fikirlərini davam etdirən Zenon dəyişməz və tək varlığı göstərmək üçün çoxluğun və hərəkətin olmadığını göstərməyə çalışıb. Bunu sübut etmək üçün müxtəlif məntiq oyunlarından istifadə edib. Bu oyunlar paradoks adlanır. Zenon da Parmenid kimi insanlarda hərəkət və çoxluq haqqında şübhələr yaratmaqla septizmə yol açıb.
Demokrit deyirdi ki, varlıq atomlardan ibarətdir. Atomlar hiss olunmur, rəngsiz və qoxusuzdur. Onun fikrincə, biliyin yeganə mənbəyi duyğudur. Demokrit əsl varlığın hisslərlə bilinə bilməyəcəyini, hisslərin bizi yoldan çıxaracağını və həqiqi biliyə çata bilməyəcəyini söyləyən septizmin əsasını qoyur.
Sofistlər Qədim Yunanıstanda qapı-qapı gəzərək varlı ailələrin uşaqlarına xoş fikirlər, xoş sözlər və s. dərs deyən səyahətçi müəllimlərdir. Sonralar sofistlər fəlsəfədən mənfəət üçün istifadə etdiklərinə görə Platon və Aristotel tərəfindən tənqid olundular. Sofistlərə görə, bütün biliklərimiz hisslərdən qaynaqlanır. Lakin bu məlumat mütləq deyil, nisbidir. Hiss orqanları bizi azdırır. Buna görə də mütləq bilik mövcud deyil. Sofistlər fəlsəfədə qnoseologiyaya ilk skeptiklər idi.
Protogoras hiss orqanlarımızın verdiyi məlumatların bizi çaşdırdığını bildirir. Ona görə də onun fikrincə, reallıq insandan insana və cəmiyyətdən cəmiyyətə dəyişir. Onun məşhur kəlamı “İnsan hər şeyin ölçüsüdür” olaraq tanınır. Onun üçün heç bir obyektiv həqiqət yoxdur. Maddənin nə olduğunu və kainatın quruluşunu araşdırmaq əbəsdir, çünki biz bunu bilmirik. Biz şeylər haqqında dəqiq biliyə malik ola bilmərik, yalnız fərziyyələrə malik ola bilərik.
Georgias Protoqora kimi, hisslərin bizi aldatdığına dair biliklərimizin nisbi olduğunu düşünür. Onun fikrincə, mütləq bilik yoxdur. Məşhur sitat onun fikirlərini aydın şəkildə izah edir: “Heç nə. Olsa belə, bilinə bilməz”.
Septiklər:
Onun nümayəndələri Pyrron (Piron), Timon, Archesilaos və Carneadesdir. Onlar mütləq biliyin olmadığı qənaətində idilər. Skeptizmə görə, hiss orqanları və ağıl bizə şeyləri olduğu kimi deyil, göründüyü kimi göstərir. Beləliklə, biz cisimlərin özlərini deyil, görünüşlərini bilə bilərik.
Sofistlər və septiklər arasındakı fərq isə budur:
Sofistik skeptisizm sadə, metodsuz skeptisizmdir. Onlar öz fikirlərini müdafiə edərkən aşkar məntiqi səhvlərə yol verdilər. Skeptiklərlə skeptisizm metodik və daha rasional bir xətt tutdu və skeptiklər sistemli şəkildə öz fikirlərini müdafiə etdilər.
Septiklər son dərəcə skeptik filosoflardır. Onlar informasiya haqqında hər cür mühakimə yürütməkdən çəkinirlər. Çünki insanların dinclik tapmasının yeganə yolu budur.
Mütləq (dəyişməz) məlumat var. Doqmatizm (Düzgün Bilik İmkanı)
Doqmatizm bilik fəlsəfəsində insanların obyektiv, mütləq biliyə çata biləcəyini müdafiə edən baxışdır. Həqiqi biliyin mümkün olduğunu iddia edən filosoflar biliyə ağıl, duyğu və təcrübə, yoxsa intuisiya ilə çatmaq olarmı haqqında müxtəlif fikirlər irəli sürmüşlər. İnformasiyanın mənbəyi nədir sualına da cavab axtarırlar.
Lakin, dediyim kimi, doğru qavramı çox dəyişkən ola bilir. Və bu deyilənlərin dərinliyinə baxdığımızda sualları cavablamaq çətinləşir. Məsələn, hər kəs Hüseyn Cavidin "Ana" əsərindəki Səlma ana oğlu Qanpoladın qatili olan Muradı öldürə də bilərdi. Çoxumuz həmin anda öz canımızdan olan yaxud qanımızdan hiss etdiyimiz insan üçün qarşımızdakı şəxsin qatili olardıq.
Doğru və yanlış etika, duyğu, mədəniyyət və mənsub olduğumuz din və s.-ə görə dəyişə bilər.
Nümunə olaraq götürsək, İslamda qadınlar hicab bağlamalıdır, lakin müsəlmanların heç də hamısı hicab bağlamır, məsələn mən. Bu qayda İslam dininə mənsub şəxslərə aiddir və əgər bunu bir xristiana yaxud hər hansı digər dinlərə mənsub şəxs və ya şəxslərə desək bizim fikirlərimizlə normal olaraq razılaşmaya bilərlər ya da ümumiyyətlə razılaşmayacaqlar.
"Bu həyatda bir dəfə var olacağam, bir şansım daha yoxdur" düşüncəsi ilə baxdıqda, bu iş daha da çətinləşir. Bəlkə də, insanların çoxunun ümumi doğrulardan belə qaçmasının səbəbi budur. Çünki doğruları yalanlamaq çox sadə və asandır, həmçinin yalanları yalanlamaq yaxud yalanları doğrulamaq. Söhbət imkansızı imkansızlıqdan çıxaran insanoğlundan gedir, müxtəlif bəhanə və yaxud şəxsi doğrular yaxud yanlışlarla nəyin doğru, nəyin yanlış olduğunu demək çox sadədir.
Mən bu mövzuda Protogorasla bənzər düşüncəyə sahibəm. Bu yazını yazmaq üçün araşdırma aparmadan öncə nə İmmanuel Kantı bilirdim, nə Spfistləri, nə də Septizmi. Mən vicdanı bilirəm və bir də duyğuları...
Aydan Qasımova
