"Hər kəsə görə xoşbəxtlik anlayışı fərqlidir"
Hər insan xoşbəxt olmağı arzulayır. Bəziləri üçün xoşbəxtlik sakit bir səhər qəhvəsidir, bəziləri üçün səs-küylü dost masası. Amma xoşbəxtlik nədir? Onu hiss edirik, amma görə bilmirik. O halda xoşbəxtlik ölçülə bilərmi? Bəs xoşbəxtliyin vahidi varmı? Bu sualın cavabı sadə deyil çünki xoşbəxtlik hər kəs üçün fərqlidir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, hər kəsə görə xoşbəxtlik anlayışı fərqlidir deyə o bildirib:
"Hər insan üçün xoşbəxtlik sözü fərqli məna daşıyır. Kimisi üçün pul, kimisi üçün ev, kimisi üçün maşın, kimisi üçün var-dövlət, kimisi üçün ali təhsil. Bunun növü və çeşidi çoxdur, amma Xoşbəxtlik nədir? deyə soruşulsa mən cavab verərəm ki, ən böyük xoşbəxtlik sağlamlıqdır. Çünki bizim canımızda sağlamlığımız yerindədirsə, biz həyatda hər bir şeyi əldə edə bilərik. Sual yarana bilər ki, sağlığımız yerində deyilsə, biz xoşbəxt olmayaqmı? O zaman sağlığımızda bir problem varsa, biz həyatda gördüyümüz işdən, peşədən, gələcəyə ümidimizdən, sevdiklərimizdən sarılaraq tutunmağa başlamalıyıq. Xoşbəxtlik böyük hadisələrdən yaranan bir hiss deyil, xoşbəxtlik bəzən kiçik nüanslardan belə yaranır. Adi bir kofr içməyin özü belə xoşbəxtlikdir. Bizim əldə etdiyimiz bəzi şeylər var ki, onları heç başqa insanlar əldə edə bilməyiblər. Bu uğur ola bilər, karyera ola bilər, anamız və ya atamızın olması özü belə böyük xoşbəxtlikdir. Bir kitaba sahib olmağın özü belə kiçik də görünsə xoşbəxtlikdir. Bəzən bir insanın bir insana xoş bir şəkildə baxışı bir xoşbəxtlikdir. Hər kəs üçün xoşbəxtlik fərqlidir. Ancaq biz böyük nüanslarda xoşbəxtlik axtararıqsa, kiçik anılar bizi hüzursuz etməyə başlayar. Xoşbəxt olmaq hüzurdur, sakitlikdir, dinclikdir, mənəv olaraq özümüzü rahat hiss etməyimizdir. Sağlamlığımızın, ruhumuzun, sevdiklərimizin, var oluşumuzun fərqinə varmaq deməkdir".
Müsahibimiz həmçinin bildirib ki, xoşbəxtlik heç də ölçülə bilməz deyə bildirib:
"Çünki hər kəsin xoşbəxtlik üslub anlayışı fərqlidir. İnsanlar başqalarının xoşbəxtliyi ilə özünü müqayisə etdikdə çox şey itirir. Çünki biz əslində əlimizdə olanın qədrini bilməyib, başqalarının əlində və həyatında var olana baxaraq bir növ biz artıq həyatımızda olanların fərqinə varmamağa, şükür etməməyə. Bir növ başqalarının həyatına baxıb " Niyə məndə yoxdur?" deyərək öz həyatımızda olan nüansları, yaşanmışlığları, əlimizdə olanları kiçiltməyə başlayırıq. Ancaq biz bunu unuduruq ki, bizim nüanslarımızı kiçiltdiyimiz o məqamlar başqalarının gözündə böyükdür. Biz bəzən fərqinə varmırıq ki, əslində xoşbəxtlik böyük bir qüvvələrin adı altında deyil-evin, maşının, böyük bir karyerada deyil. Bunlar olmalıdı. Biz kiçik bir nüansda-çayda, kofedə,şokoladda,gəzintidə,meyvə, sevdiklərimizlə oturub zaman keçirməkdə, onların varlığında, səhər ayağa qalxdığımızda, Günəşi gördüyümüzdə. Kiçik bir nüanslarda özümüzə xoşbəxtlik tapırıqsa, inanın ki, o böyük xoşbəxtliklərə çatdığımız zaman biz an olaraq xoşbəxt olacayığ. İnsanın xoşbəxt olmaq istəyi varsa, kiçik addımlardan xoşbəxt olub, o hüzurlu olub, sonra böyüklərin qədrini daha da möhtəşəm bilməyə başlayır".
Gövhər Mehyəddinova
