00:00:00
Yazar
Admin User
08.02.2016 10:28 542 1 dəq oxuma
Dünya

Həsən Ruhani nüvə danışıqlarında iştirak edən komandanı mükafatlandırıb

Ruhani nüvə danışıqlarında əsas vasitəçi olan Xarici işlər naziri Məhəmməd Cavad Zərifi “Ləyaqət” medalı ilə mükafatlandırıb.
Həsən Ruhani nüvə danışıqlarında iştirak edən komandanı mükafatlandırıb

İran prezidenti Həsən Ruhani nüvə danışıqlarında iştirak edən komandanın üzvlərini gördükləri işlərə görə mükafatlandırıb.

İnformator.az “İrna”ya istinadən xəbər verir ki, prezident həmçinin nüvə proqramının şəhidlərinin ailələrini də mükafatlandırıb. Ruhani nüvə danışıqlarında əsas vasitəçi olan Xarici işlər naziri Məhəmməd Cavad Zərifi “Ləyaqət” medalı ilə mükafatlandırıb.

İran Atom Enerji təşkilatının rəhbəri Əli Əkbər Salehi  və Müdafiə naziri Hüseyn Dehqan “Cəsarətə görə” medalı ilə təltif edilib.

Mərasim zamanı hüquqi, texniki və diplomatik məsələlərdən məsul olan 28 nəfər Birgə hərtərəfli fəaliyyət planı ilə bağlı müxtəlif medal və şərəf lövhələri ilə mükafatlandırılıb.

İran ötən il iyulun 14-də nüvə danışıqlarında razılaşma əldə edib. Eyni zamanda 2016-cı il yanvarın 16-da İran əleyhinə sanksiyalar qaldırıldı və Birgə Hərtəfəli fəaliyyət planının “İcra günü” başladı.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər